Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakı sakininə qarşı 100 min manatlıq dələduzluq edilib</b>

11:21 - 6 Oktyabr 2016 tarixində dərc olunub.

Bakı şəhər sakini 41 yaşlı Fərhad Muradova qarşı 100 min manatlıq dələduzluq edilib. “Report”un əldə etdiyi məlumata görə, bu barədə F.Muradov özü hüquq-mühafizə orqanlarına ərizə yazaraq bildirib. O ərizəsində qeyd edib ki, 1987-ci il təvəllüdlü Nazim Nəsirov ondan 100 000 manat pul alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az