Ucnoqta.az
www.ucnoqta.az

<b>İqtisad Universitetinin tələbəsi bıçaqlanıb</b>

19:25 - 5 Oktyabr 2016 tarixində dərc olunub.

Bakıda universitet tələbəsi bıçaqlanıb. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Məlumata görə, Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi 25-də yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2 saylı yataqxanasında yaşayan Sənan Quliyev döş nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. S.Quliyevi kimin bıçaqladığı hələlik məlum deyil. Faktla bağlı araşdırma davam etdirilir.

Müəllif: Ucnoqta.az