Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>Bəzi yollarda sıxlıq yaranıb</font><font color=red> - Bakıda</font></b>

09:20 - 5 Oktyabr 2016 tarixində dərc olunub.

Bu gün səhər saatlarında Bakı şəhərinin Yusif Səfərov küçəsindən paytaxtın mərkəzinə doğru istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, yolda əsas sıxlıq Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında müşahidə edilir. 
Eyni zamanda, Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Üzeyir Hacıbəyov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi (Rusiya səfirliyi istiqamətində), habelə Nobel prospektində ("Port Baku" istiqamətində), Binəqədi şosesi və Tbilisi prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az