Ucnoqta.az
www.ucnoqta.az

<b> 21 yaşlı piyadanı avtomobil vurub<font color=red> - Göygöldə</font></b>

19:42 - 4 Oktyabr 2016 tarixində dərc olunub.

Göygöl rayonunda 21 yaşlı piyadanı avtomobil vurub. Ucnoqta.az xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a verilən məlumata görə, Daşkəsən rayon sakini, 1995-ci il təvəllüdlü Cananə Quliyeva ayağının sınığı diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən tibbi xidmət göstərilən yaralının vəziyyəti orta-ağır olaraq qalır.

Onun yaxınlarının dediyinə görə, C.Quliyeva Göygöl rayonunun Qızılca kəndində marşurtdan düşüb yolu keçmək istəyərkən başqa bir avtomobil tərəfindən vurulub.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az