Ucnoqta.az
www.ucnoqta.az

Göygöl sakini avtomobil təmir edərkən ağır xəsarət alıb

12:43 - 4 Oktyabr 2016 tarixində dərc olunub.

 Göygöl rayonunda bədbəxt hadisə baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Xəqani kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü İlham Həsənov avtomobilinin təkərini təmir edən zaman dəmir parçası onun başına dəyib. Ağır xəsarət alan İ. Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir

Müəllif: Ucnoqta.az