Ucnoqta.az
www.ucnoqta.az

<b>42 yaşlı kişi boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib<font color=red> - Bakıda </font></b>

10:48 - 4 Oktyabr 2016 tarixində dərc olunub.

Paytaxtın Binəqədi rayonunda qanlı hadisə baş verib. "Report"un məlumatına görə, 42 yaşlı Azər Məmmədov rayonun 8-ci mkr ərazisindən boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib.

Yaralı dərhal əməliyyat edilib və hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerinə gəliblər. Azər Məmmədov həkimlərə özü özünə xəsarət yetirdiyini bildirib. Lakin onun ifadəsinin düzgün olub-olmaması polisin apardığı araşdırmaların yekununda məlum olacaq. Faktla əlaqədar cinayət işi başlanıb.

Müəllif: Ucnoqta.az