Ucnoqta.az
www.ucnoqta.az

<b>Avtomobil dərəyə aşdı:<font color=red>ölən və yaralı var - FOTO</font></b>

14:58 - 1 Oktyabr 2016 tarixində dərc olunub.

Ağcəbədidə ölümlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az arbtv-yə istinadən xəbər verir ki, hadisə rayonun Hüsürlü kəndində qeydə alınıb. Rayon sakini Sadiq Məmmədova məxsus "VAZ 21010" markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb. Avtomobili idarə edən Mingəçevir şəhər sakini 31 yaşlı Vasif Əhmədov hadisə yerində ölüb. Bir nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Müəllif: Ucnoqta.az