Ucnoqta.az
www.ucnoqta.az

<b>Körpünün uçması nəticəsində<font color=red> 2 məktəbli ölüb, 3-ü itkin düşüb</font></b>

10:55 - 1 Oktyabr 2016 tarixində dərc olunub.

Laosun şimal bölgəsində körpünün uçması nəticəsində 2 uşaq ölüb, 3-ü itkin düşüb. Ucnoqta.az TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün 57-si məktəbli olmaqla 59 nəfər taxta körpünün uçması səbəbindən suya düşüb. Yerli sakinlərin köməyi ilə suya düşənlərin əksəriyyəti xilas edilib. Bir müddət sonra xilasedicilər 2 məktəblinin meyitini sudan çıxarıb, daha 3-ün axtarışları davam etdirilir.

Müəllif: Ucnoqta.az