Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>Ceyms Uorlik:</font>"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir"</b>

10:41 - 1 Oktyabr 2016 tarixində dərc olunub.

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Bunu öz "Twitter" səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb. "Birləşmiş Ştatlar məsələnin tərəflər üçün məqbul istiqamətdə həlli məqsədi ilə vasitəçiliyin yerinə yetirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək", - deyə Ceyms Uorlik bildirib.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Con Kerri dondurulmuş münaqişələrin perspektivlərindən danışarkən, Dağlıq Qarabağ probleminə də toxunmuş və tərəflərin nizamlanmaya hazır olmadıqlarını bəyan etmişdi.

Müəllif: Ucnoqta.az