Ucnoqta.az
www.ucnoqta.az

<b>Bu gün Bakının loqosu təqdim olunur:<font color=red> Avro-2020</font></b>

12:23 - 30 Sentyabr 2016 tarixində dərc olunub.

Bu gün Avro-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Bakının loqosunun təqdimat mərasimi olacaq. Ucnoqta.az qol.az-a istinadən xəbər verir ki, tədbir Bakı Olimpiya stadionunda keçiriləcək. AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin də təqdimetmə mərasimində iştirak edəcək. Paytaxtımızda Avro-2020-nin 4 görüşü oynanılacaq. Qeyd edək, Bakıda qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu keçiriləcək.

Müəllif: Ucnoqta.az