Ucnoqta.az
www.ucnoqta.az

<b>Azərbaycan 10 ədəd zirehli transportyor satacaq<font color=red> - Konqo Respublikasına</font></b>

19:59 - 29 Sentyabr 2016 tarixində dərc olunub.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd "Təkmilləşdirilmiş ZTR-70 maşını" Konqo Respublikasına ixrac ediləcək. 

Ucnoqta.az xəbər verir ki, bu barədə apa-ya MSN-in "Aqreqat" İstehsalat Birliyi Bakı "Cihazqayırma" Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib. O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək. Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan "Təkmilləşdirilmiş ZTR-70 maşını" silahla təchiz olunub. 
Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.

Müəllif: Ucnoqta.az