Ucnoqta.az
www.ucnoqta.az

<b>Qatar qəzası<font color=red> - 100 yaralı</font></b>

19:56 - 29 Sentyabr 2016 tarixində dərc olunub.

ABŞ-ın Nyu-Cersi ştatında qatar qəzası baş verib. Ucnoqta.az “Hurriyet”ə istinadən verdiyi məıumata görə, Hoboken stansiyasında dayanacağa çatan qatarlardan biri sürətli şəkildə platformaya çırpılıb.

Qəza nəticəsində 100-dən çox insanın xəsarət aldığı bildirilir.
Hadisənin baş verdiyi əraziyə çoxsaylı təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb olunub.
Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.

Müəllif: Ucnoqta.az