Ucnoqta.az
www.ucnoqta.az

<b>ABŞ-ın Cənubi Karolina ştatında baş vermiş silahlı insident zamanı 3 nəfər xəsarət alıb </b>

11:12 - 29 Sentyabr 2016 tarixində dərc olunub.

ABŞ-ın Cənubi Karolina ştatının Anderson dairəsində baş vermiş silahlı insident zamanı 1 müəllim və 2 şagird yaralanıb. "Report"un məlumatına görə, bu barədə "Associated Press" hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Məlumata görə, atışmadan dərhal sonra şagirdlər və müəllimlər məktəbdən təxliyə olunub. Onlara atəş açan şəxs yeniyetmə olub. O, polis tərəfindən saxlanılıb.

Müəllif: Ucnoqta.az