Ucnoqta.az
www.ucnoqta.az

<b>Özünə odlu silahdan atəş açıb <font color=red>- Şəmkir sakini</font></b>

12:45 - 28 Sentyabr 2016 tarixində dərc olunub.

Şəmkir rayon sakini özünə odlu silahdan atəş açıb. Hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib. Belə ki, həmin qəsəbə sakini, 1975-ci il təvəllüdlü Fəxrəddin Ələddin oğlu Aslanov özünə ov tüfəngindən atəş açaraq xəsarət yetirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstəxanadan F.Aslanovun vəziyyətinin ağır olduğu bildirilib: "Yaralı əməliyyat olunub, vəziyyəti ağırdır. O, sağ qolundan yaralanıb".

Faktla bağlı araşdırma aparılır.  

Müəllif: Ucnoqta.az