Ucnoqta.az
www.ucnoqta.az

Tacikistan parlamentinin sədri Azərbaycana səfər edəcək

11:46 - 26 Sentyabr 2016 tarixində dərc olunub.

 Tacikistan parlament aşağı palatasının sədri Şukurcon Zuxurov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə Bakıya üç günlük rəsmi səfərə gələcək. Bu barədə "Report" Tacikistan KİV-inə istinadən xəbər verir. Ş.Zuxurovun sentyabrın 27-də başlayacaq Bakı səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə və Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü planlaşdırılır.

Ş.Zuxurov, həmçinin Bakıda V Beynəlxalq Humanitar Forumda iştirak edəcək.
Qeyd edək ki, bu günə qədər Azərbaycan və Tacikistanin imzaladığı müqavilə və hüquqi baza 30 sənəddən ibarətdir.

Müəllif: Ucnoqta.az