Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı teatrşünaslar Belqradda işgüzar səfərdədir

09:52 - 26 Sentyabr 2016 tarixində dərc olunub.

Beynəlxalq teatr tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin Sədri Məryəm Əlizadə və Assosiasiyanın üzvü İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər. Azərbaycanlı teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar. 

25 sentyabr-2 oktyabrtarixlərində keçiriləcək tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edəcək. Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə “Yenilik və Qlobal Teatr: Kommersiya və Mədəni tələbat arasında mövzusunda”beynəlxalq simfozium keçiriləcək. 

Müəllif: Ucnoqta.az