Ucnoqta.az
www.ucnoqta.az

<b>İki avtobus toqquşub, <font color=red>68 nəfər yaralanıb</font></b>

10:28 - 23 Sentyabr 2016 tarixində dərc olunub.

Türkiyənin Karabük əyalətinin Eskipazar rayonunda iki avtobusun toqquşması nəticəsində 68 nəfər yaralanıb.

Ucnoqta.az "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Karabük-Çankırı avtomobil yolunun İsmetpaşa bölgəsindən keçən hissəsində baş verib. Məlumata görə, avtobuslardan biri TIR-a çarplıb, daha sonra isə İstanbuldan Tokata doğru hərəkət edən avtobusla toqquşub.

Yaralılar arasında uşaqlar da var. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Müəllif: Ucnoqta.az