Ucnoqta.az
www.ucnoqta.az

<b>"Sumqayıt Nəqliyyat Təchizat" ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq</b>

10:20 - 23 Sentyabr 2016 tarixində dərc olunub.

Sentyabrın 30-da, saat 10:00-da "Sumqayıt Nəqliyyat Təchizat" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, iclasın gündəliyinə müəssisəyə yeni İdarə Heyətinin seçilməsi, eləcə də cari məsələlər daxildir.

Ümumi yığıncaq ASC-nin Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən inzibati binasında baş tutacaq.

Müəllif: Ucnoqta.az