Ucnoqta.az
www.ucnoqta.az

<font color=blue><b>BMT-yə üzv ölkələrin XİN rəhbərləri növbəti baş katibin fəaliyyətinin prioritetlərini müzakirə edəcəklər</b></font>

09:15 - 22 Sentyabr 2016 tarixində dərc olunub.

Cümə axşamı BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında qurumun Baş Assambleyasının 1-ci sessiyası çərçivəsində ümumsiyasi müzakirələr davam etdiriləcək.

Sessiya "meydanları"nda BMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə "BMT-nin növbəti baş katibinin yeni gündəlyi" adlı simpozium keçiriləcək.

Nümayəndə heyətləri dünya təşkilatının növbəti rəhbərinin fəaliyyətinin prioritetlərini müzakirə edəcəklər.

Həmçinin BMT-də inkişaf hüququ bəyannaməsinin 30 illiyi qeyd olunacaq.

Eyni zamanda Rusiya tərəfindən təşkil olunan qeyri-yolxucu xəstəliklərlə mübarizə üzrə görüş keçiriləcək.

Müəllif: Ucnoqta.az