Ucnoqta.az
www.ucnoqta.az

<b>Lionel Messi üç həftə müddətinə sıradan çıxıb</b>

08:40 - 22 Sentyabr 2016 tarixində dərc olunub.

İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi qasıq nahiyəsindən aldığı zədəyə görə üç həftə oynaya bilməyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu çərşənbə günü İspaniya çempionatının 5-ci turunda "Atletiko" ilə oyunda (1:1) zədələnib.

Messi bu mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 8 oyun keçirib və 8 qol vurub.

Müəllif: Ucnoqta.az