Ucnoqta.az
www.ucnoqta.az

<b>Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionu olub</b>

18:15 - 22 Sentyabr 2016 tarixində dərc olunub.

Azərbaycan güləşçisi Makedoniyanın paytaxtı Skopyedə hərbçilər arasında keçirilən güləş üzrə 31-ci dünya çempionatının ilk günündə qızıl medal qazanıb.

"Report" xəbər verir ki, 65 kq. çəki dərəcəsində çıxış edən Ağahüseyin Mustafayev finalda Cənubi Koreya idmançısı Gvanq Kin ilə qarşılaşıb.

Sonda güləşçimiz rəqibini 8:5 hesabı ilə yenərək dünya çempionu adına layiq görülüb.

Finala yüksələn digər güləşçimiz Coşqun Əzimov (70 kq) Rusiya idmançısı Maqomed Kurbanliyevə məğlub olub.

Müəllif: Ucnoqta.az