Ucnoqta.az
www.ucnoqta.az

<b>“MasterCard” Azərbaycanda nümayəndəliyini açdı</b>

13:03 - 21 Sentyabr 2016 tarixində dərc olunub.

“MasterCard Europe” beynəlxalq ödəmə sitemi Azərbaycanda nümayəndəliyini açıb.

Ucnoqta.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, nümayəndəliyəYasəmin Bədir rəhbərlik edəcək.

“MasterCard Europe” şirkəti Azərbaycan Vegilər Nazirliyində 26 may 2016-cı ildə qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev ev 4/189, Falez Plaza, 6-cı mərtəbədir.

Qeyd edək ki, Y.Bədir 2007-ci ildən “MasterCard”da işləyir.

Müəllif: Ucnoqta.az