Ucnoqta.az
www.ucnoqta.az

<b>Rusiyada dörd baş konsulluq mühasirəyə alınıb</b>

12:00 - 21 Sentyabr 2016 tarixində dərc olunub.

Yekaterinburqda olan şahidlər ABŞ, Böyük Britaniya, Macarıstan və Ukraynanın baş konsulluqlarının yerləşdikləri binanın mühasirəyə alındığını bildiriblər. 

Bu barədə TASS məlumat yayıb. 

“Bina şübhəli əşyaya görə mühasirəyə alınıb”, - şahidlərdən biri bildirib. 

Sverdlovsk vilayəti üzrə DİN idarəsinin nümayəndəsi vəziyyət barədə bir qədər sonra məlumat verəcəyini bildirib. 

Müəllif: Ucnoqta.az