Ucnoqta.az
www.ucnoqta.az

<b>Şirvanda 8 yaşlı qız bruselyozdan öldü</b>

10:55 - 21 Sentyabr 2016 tarixində dərc olunub.

Şirvanda 8 yaşlı qız bruselyozdan dünyasını dəyişib. APA-nın məlumatına görə, bruselyoz xəstəliyinə yoluxması ehtimal olunan Şirvan sakini, 2008-ci il təvəllüdlü Məmmədova Minar Ruslan qızı vəziyyəti ağırlaşdığından Şirvan şəhər xəstəxanasına aparılıb. 

Həkimlər azyaşlının xəstəxanaya artıq keçinmiş vəziyyətdə daxil olduğunu bildiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az