Ucnoqta.az
www.ucnoqta.az

<font color=blue><b>Türkiyə İsrailin NATO-da nümayəndəlik açmasına qoyduğu vetonu götürüb</b></font>

11:30 - 20 Sentyabr 2016 tarixində dərc olunub.

İsrail dövləti Brüsseldə, NATO-nun Baş Qərargahında daimi nümayəndəlik açıb. Ucnoqta.az "Dunyabulteni.net"ə istinadən xəbər verir ki, nümayəndəliyin rəhbəri vəzifəsinə İsrailin Avropa İttifaqındakı səfiri Aharon Leşno-Yaar təyin olunub. 

O, NATO-nun baş katibi Yens Stoltenbergə etimadnaməsini təqdim edib.

Məlumata görə, İsrail dövlətinin səfiri daimi təmsilçiliyin açılmasının ölkəsinə verilən böyük önəm olduğunu bildirib.

Qeyd edək ki, İsrail uzun illərdir NATO-da daimi nümayəndəlik açmaq istəyirdi. Lakin Türkiyə buna veto qoyurdu. Rəsmi Ankara bu vetonu qaldırdıqdan sonra İsrailin NATO-da daimi nümayəndəliyi açılıb.

Müəllif: Ucnoqta.az