Ucnoqta.az
www.ucnoqta.az

<b>İŞİD türk ordusunun zirehli texnikasını vurdu <font color=red>- VİDEO</font></b>

12:30 - 19 Sentyabr 2016 tarixində dərc olunub.

“İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlıları Türkiyənin Suriyadakı ordusunun zirehli maşınını məhv etmələrini videoya çəkiblər. 

Ucnoqta.az lenta.ru-ya istinadən xəbər verir ki, hücumun videosu internetdə yayılıb. 

Terrorçuların bəyanatına görə, sentyabrın 18-də hücum nəticəsində tank vurulub, iki türk hərbçisi ölüb, daha üç nəfər yaralanıb. 

Rəsmi Ankara bu itkiləri hələlik təsdiqləməyib.

Müəllif: Ucnoqta.az