Ucnoqta.az
www.ucnoqta.az

<b>Fransa şirkəti ilə müqaviləsini yeniləyib<font color=red> - AZAL</font></b>

11:26 - 19 Sentyabr 2016 tarixində dərc olunub.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə Fransanın “Aviareps” şirkəti arasında yeni müqavilə imzalanıb. Bu barədə “Report” Fransa mediasına istinadən xəbər verir. 

Müqavilənin şərtlərinə görə, AZAL Fransa bazarında “Aviareps”lə əməkdaşlığını davam etdirəcək. 
Həmçinin tərəflər 11 ölkədə - Çin, Çexiya, Danimarka, Almaniya, Malayziya, Niderland, Norveç, İspaniya, İsveç, Türkiyə və Böyük Britaniyada əməkdaşlığı genişləndirməklə bağlı razılıq əldə ediblər. Razılığa əsasən, “Aviareps” bundan sonra da AZAL-ın bu ölkələrdə satış və marketinq siyasətini həyata keçirəcək. 

Müəllif: Ucnoqta.az