Ucnoqta.az
www.ucnoqta.az

<font color=blue><b>Sabah Xəzərdə beş dövlətin iştirakı ilə beynəlxalq hərbi təlimlər başlayacaq</b></font>

11:19 - 19 Sentyabr 2016 tarixində dərc olunub.

Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran həbrçilərinin iştirakı ilə senytabrın 20-də Xəzərdə beynəlxalq hərbi təlimlər başlayacaq. 

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, "Kaspi-2016" adlanan təlimlərin Xəzərin Həştərxan vilayətinə aid hissəsində keçirilməsi nəzərdə tutulub.

Təlimlərdə 600-dən çox canlı qüvvə və 100-ə yaxın texnika iştirak edəcək. 

Məlumata görə, sentyabrın 22-də Həştərxanda "Risklərin qlobal tendensiyası və beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda beynəlxalq konfrans da keçiriləcək.

Müəllif: Ucnoqta.az