Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>ATƏT DİİHB-nin müşavirəsi öz işinə başlayır</font><font color=blue> - Varşavada </font></b>

09:10 - 19 Sentyabr 2016 tarixində dərc olunub.

Bu gün Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) insan normalarına həsr olunmuş öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi üzrə müşavirəsi öz işinə başlayır.

Hər il keçirilən müşavirədə məqsəd ATƏT-in insan normaları üzrə öz öhdəliklərini yerinə yetirməsinə nəzər salmaq, onunla bağlı problemləri müzakirə etmək, bu məsələnin gələcəkdə təkmilləşdirilməsi üçün təcrübə mübadiləsi aparmaq və tövsiyələr hazırlamaqdır.

Müşavirəyə ATƏT-in 57 iştirakçı ölkəsinin hamısı, təşkilatın qurumları, onun tərəfdaşları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar qatıla bilər.

Müəllif: Ucnoqta.az