Ucnoqta.az
www.ucnoqta.az

<b>5,2 bal gücündə zəlzələ baş verib<font color=red> - İndoneziyada </font></b>

10:51 - 16 Sentyabr 2016 tarixində dərc olunub.

İndoneziyanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə "RİA Novosti" ölkənin Meteorologiya, İqlimşümaslıq və Geofizika Milli İdarəsinə istinadən xəbər yayıb.

İndoneziya seysmoloqlarının sözlərinə görə, zəlzələnin episentri ölkənin şimal-qərbindəki Seram adasında, zəlzələ ocağı 113 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Müəllif: Ucnoqta.az