Ucnoqta.az
www.ucnoqta.az

<b>Suriyada 50-dən çox terrorçu məhv edilib</b>

10:43 - 16 Sentyabr 2016 tarixində dərc olunub.

Suriya ordusunun hərbçiləri və könüllülər terrorçuların paytaxt Dəməşqdən 220 kilometr məsafədə yerləşən Maan şəhərinə hücumunu dəf edib. Bu barədə "SANA" agentliyi xəbər yayıb.

Məlumata görə, "Cəbhət Fəth əş-Şam" terror qruplaşmasının silahlıları hökumət qüvvələrinin Atşan və Umm-Harateyn yaşayış məntəqələrindəki hücum ediblər. Suriya hərbçiləri döyüş zamanı 50-dən çox terrorçunu məhv edərək, silahlıları geri çəkilməyə vadar ediblər. 

Bununla yanaşı, terrorçuların 8 hərbi maşını da sıradan çıxarılıb.

Eyni zamanda, bir qrup İŞİD terrorçusu da Livanla sərhəddə pusquya salınaraq məhv edilib. 

Müəllif: Ucnoqta.az