Ucnoqta.az
www.ucnoqta.az

<b>"Elmlər Akademiyası"nın 1-ci vestibülü açıldı <font color=red>- FOTO</font></b>

12:03 - 15 Sentyabr 2016 tarixində dərc olunub.

“Elmlər Akademiyası" metrostansiyasının 1-ci vestibülü təmir işlərindən sonra sərnişinlərin istifadəsinə verilib.

Ucnoqta.az xəbər verir ki, bu gün yeni dərs ilinin başlaması, xüsusilə də "Elmlər Akademiyası" stansiyasında sıxlıq yaranacağı nəzərə alınaraq stansiya səhər saat 6:00-dan sərnişinlər üçün açıqdır.

Qeyd edək ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün yeni, müasir eskalatorlarla əvəzlənib. Həmçinin stansiyanın I vestibülü təmir edilib.

Müəllif: Ucnoqta.az