Ucnoqta.az
www.ucnoqta.az

<b>Məscidi yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb<font color=red> - ABŞ-da</font></b>

11:10 - 15 Sentyabr 2016 tarixində dərc olunub.

ABŞ-ın Florida ştatının polisi yerli məscidi yandırmağa cəhd etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

BBC xəbər verir ki, Fort Pirsdəki məsciddə yanğın sentyabrın 12-nə keçən gecə qeydə alınıb.

Yanğınsöndürənlər məsciddəki yanğının qarşısını qısa müddətdə ala bilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis dərhal olayı "yanğın törətməyə cəhd" kimi dəyərləndirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 32 yaşlı şübhəli şəxs - Cozef Maykl Şrayber saxlanılıb. Onun Orlandoda gey-klubda 49 nəfəri güllələyən Omar Martinin daim sitayiş üçün istifadə etdiyi məsciddə yanğın törətməyə cəhd etməsi 11 sentyabr terror hücumunun ildönümü ilə əlaqələndirilir.

Müəllif: Ucnoqta.az