Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarının gümüş medalını qazanıb</font></b>

10:53 - 15 Sentyabr 2016 tarixində dərc olunub.

Azərbaycan yığması XV Yay Paralimpiya Oyunlarında 9-cu medalını qazanıb. Üzgüçü Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmədə ikinci olub.

O, bu məsafəni 1.00.91 dəqiqəyə qət edib.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb.

Müəllif: Ucnoqta.az