Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Suriyanın şimalında 4 yaşayış məntəqəsini nəzarətə götürüb

11:43 - 9 Sentyabr 2016 tarixində dərc olunub.

Türkiyə ordusu Suriyanın şimalında dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Bu barədə cümə axşamı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
İdarənin məlumatında qoşunların Kantara, Əs-Sehid, Əl-Xumran və Taşlıquyuk yaşayış məntəqələrinə daxil olduğu bildirilir. İŞİD terror qruplaşmasının yaraqlıları bu yaşayış məntəqələrindən çıxarılıb.

Müəllif: Ucnoqta.az