Ucnoqta.az
www.ucnoqta.az

<b>Saatlıda 39 yaşlı qadın intihar edib</b>

11:41 - 9 Sentyabr 2016 tarixində dərc olunub.

Saatlı rayonunun Qazanbatan kəndində intihar hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, 1977-ci il təvəllüdlü Südabə Allahyar qızı Süleymanova həyətdə özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hələlik hadisənin səbəbi məlum deyil.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az