Ucnoqta.az
www.ucnoqta.az

Rio-2016: <font color=red><b> Paralimpiyaçımız qələbə ilə başladı</b></font>

17:58 - 8 Sentyabr 2016 tarixində dərc olunub.

Azərbaycan cüdoçusu Ramin İbrahimov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.Trend-in məlumatına görə, 60 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz 1/8 final mərhələsində argentinalı Eduardo Qautoya qalib gəlib.
Təmsilçimiz növbəti mərhələdə Qazaxıstan idmançısı Anuar Sarıyevlə qarşılaşacaq.

Müəllif: Ucnoqta.az