Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>Putinə sonuncu təklif: </font>Obama cavab gözləyir</b>

12:01 - 8 Sentyabr 2016 tarixində dərc olunub.

ABŞ Suriyada razılaşma ilə bağlı Rusiyaya sonuncu təklifini irəli sürüb.  “The Washington Post” xəbər verir ki, rəsmi Vaşinqton Moskvadan cavab gözləyir.

Məlumata əsasən ABŞ-ın təklifində Suriyada bütün ölkə ərazisində atəşkəsin elan edilməsi, humanitar dəhlizin yaradılması, Suriya aviasiyasının uçuşlarının dayandırılması, həmçinin terrorçuların mövqelərinə Rusiya-ABŞ birgə hava zərbələrinin endirilməsi nəzərdə tutulur.

Rusiyanın rədd cavabı verəcəyi təqdirdə, Vaşinqtonun hansı addımı atacağı bilinmir.

Qeyd edək ki, sentyabrın 5-də G20 sammiti çərçivəsində Çində Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında görüş keçirilib.

Müəllif: Ucnoqta.az