Ucnoqta.az
www.ucnoqta.az

<b>Altı hərbçi kapitanı döyüb<font color=red> - Ermənistanda</font></b>

11:45 - 8 Sentyabr 2016 tarixində dərc olunub.

Ermənistanın Sünik vilayətində xidmət edən 6 hərbçi zabiti döyüb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, kapitan K. Xaçatryanı döyməkdə təqsirləndirilən N saylı hərbi hissənin hərbçiləri Yuri Ovannesyan, Arman Mikaelyan, Vazgen Mxeyan, Arsen Akopyan, Akop Vardanyan və Arutyun Asatryanın məhkəməsi başlayıb.

Onların hamısı müddətdən artıq xidmət edən hərbi qulluqçudur.

Müəllif: Ucnoqta.az