Ucnoqta.az
www.ucnoqta.az

<b>16 yaşlı qız dəm qazından zəhərlənib<font color=red> - Şabranda</font></b>

11:44 - 8 Sentyabr 2016 tarixində dərc olunub.

Bu gün səhər saatlarında Şabran rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran şəhər sakini, 2000-ci il təvəllüdlü Qəhrəmanova Xoşqədəm Elxan qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Qəhrəmanovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az