Ucnoqta.az
www.ucnoqta.az

<b>Seçki məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək</b>

11:37 - 8 Sentyabr 2016 tarixində dərc olunub.

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi günündə seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları fəaliyyət göstərəcək.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov deyib.

Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları həmin gün gücləndirilmiş iş rejimində çalışacaqlar.

Müəllif: Ucnoqta.az