Ucnoqta.az
www.ucnoqta.az

<b>Sabah Qazaxıstanda hökumət başçısının istefası gözlənilir</b>

11:31 - 8 Sentyabr 2016 tarixində dərc olunub.

Qazaxıstanda hökumət başçısının dəyişəcəyi gözlənilir. RİA Novosti xəbər verir ki, bu barədə respublika hökumətində olan mənbə bildirib.

“Cümə günü dövlət başçısının iştirakı ilə hökumətin geniş iclası baş tutacaq. İclasın nəticələrinə görə, baş nazir Kərim Məsimovun öz postunu tərk edəcəyi gözlənilir”, - agentliyin həmsöhbəti bildirib.

Müəllif: Ucnoqta.az