Ucnoqta.az
www.ucnoqta.az

<b>Biləcəri Dəmiryolu Stansiyasında təmir başa çatıb</b>

12:00 - 7 Sentyabr 2016 tarixində dərc olunub.

"Yenidənqurma işləri aparılan Biləcəri Dəmiryolu Stansiyasında təmir-tikinti işləri yekunlaşıb. Stansiyanın istismara verilməsi barədə əvvəlcədən məlumat veriləcək." 

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Biləcəri Dəmiryolu Stansiyasında tariflər məsələsi həll edilməli, həmçinin zəruri texniki avadanlıq, habelə əlavə 2 qatar alınmalı idi. Təmir işləri indi başa çatıb", - deyə C.Qurbanov vurğulayıb.
Qeyd edək ki, stansiyada təmir-bərpa işlərinə ötən ildən başlanılsa da, bu proses müvəqqəti olaraq dayandırılmışdı.  

Müəllif: Ucnoqta.az