Ucnoqta.az
www.ucnoqta.az

<b>"BMW" markalı minik avtomobili yanıb <font color=red>- Bakıda</font></b>

11:00 - 7 Sentyabr 2016 tarixində dərc olunub.

Gecə saatlarında Bakının Xətai rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az