Ucnoqta.az
www.ucnoqta.az

<b>British Airways-in reyslərində ləngimə var </b>

11:26 - 6 Sentyabr 2016 tarixində dərc olunub.

"British Airways" aviaşirkətinin ABŞ və Meksikanın bəzi aeroportlarından reysləri kompyuter sistemində sərnişinlərin qeydiyyatı ilə bağlı yaranmış texniki nasazlıq səbəbindən ləngiyib.Bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Sərnişinlərə ünvanlanmış müraciətdə deyilir ki, kompyuter sistemində texniki problemin qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.
Hazırda ləngiyən reyslərin dəqiq sayı məlum deyil.

Müəllif: Ucnoqta.az