Ucnoqta.az
www.ucnoqta.az

<b>Bağdadda partlayış nəticəsində <font color=red>7 nəfər ölüb, 14-ü yaralanıb</font></b>

10:57 - 6 Sentyabr 2016 tarixində dərc olunub.

Ötən gün axşam saatlarında İraqın paytaxtı Bağdad şəhərində törədilən partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisə Əl-Karrada mərkəzi rayonunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib.
Ölənlərin hamısı dinc sakinlərdirlər. Partlayışdan sonra yaxınlıqda olan onlarla maşın və mağaza yanmağa başlayıb.

Müəllif: Ucnoqta.az