Ucnoqta.az
www.ucnoqta.az

<b>İŞİD-in Suriyadakı mövqelərinə 9 artilleriya zərbəsi endirib <font color=red>- Türkiyə</font></b>

10:51 - 6 Sentyabr 2016 tarixində dərc olunub.

Türkiyə Suriyanın şimalında İŞİD terror qruplaşmasının mövqelərinə 9 artilleriya zərbəsi endirib.

Bu barədə ölkənin silahlı qüvvələrinə istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Zərbələr "Fərat qalxanı" əməliyyatı çərçivəsində hücum qaubitsalarından endirilib. Bundan əlavə, İŞİD-in nəzarətində olan 7 kənd Türkiyənin müttəfiqi "Azad Suriya Ordusu" qruplaşması tərəfindən azad edilib.

Müəllif: Ucnoqta.az