Ucnoqta.az
www.ucnoqta.az

<b>Türmədə yanğın - <font color=red>23 dustaq ölüb, 9-u yaralanıb </font></b>

10:49 - 6 Sentyabr 2016 tarixində dərc olunub.

Efiopiyanın paytaxtı Əddis-Əbaba şəhərində yerləşən Klinto həbsxanasında yanğın zamanı ən azı 23 dustaq ölüb, 9 nəfər yaralanıb.

Bu barədə yerli hökumətə istinadən "Frans Press" məlumat yayıb.
Bununla belə, dustaqların 21 nəfəri tüstüdən boğulma və ya basırıq nəticəsində həyatını itirib. Daha iki nəfər qaçmaq istərkən güllələnib.
Bütün dustaqlar digər binaya köçürülüb.
Yanğının səbəbləri açıqlanmır.

Müəllif: Ucnoqta.az