Ucnoqta.az
www.ucnoqta.az

<b>Suriya ordusu 30-dan çox İŞİD terrorçusunu məhv edib</b>

10:47 - 6 Sentyabr 2016 tarixində dərc olunub.

Suriya ordusu və könüllülər dəstəsi Hələbin şərqində İŞİD terror qruplaşması üzvlərinin hücumunu dəf ediblər.

Bu barədə SANA informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, yaraqlılar Deyr-Hafer rayonunda yay məktəbini ələ keçirmək istəyiblər.
"30-dan çox terrorçu zərərsizləşdirilib, 1 tank və üzərində pulemyot olan 5 yolsuzluq avtomobili məhv edilib", - deyə agentliyin hərbi məlumatında bildirilir.

Müəllif: Ucnoqta.az