Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Kinoteatrlarda film nümayişi zamanı reklam yayımlanması qadağan edilib</font></b>

10:45 - 6 Sentyabr 2016 tarixində dərc olunub.

Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edilib. Bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərara görə, qaydalara aşağıdakı məzmunda 18-ci hissə əlavə edilib:
“18. Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır”.

Müəllif: Ucnoqta.az